Abşeron rayonunda 1982-ci il təvəllüdlü Camal qeyri-rəsmi münasibətdə olduğu Cəmaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 2-də rayonun Qobu qəsəbəsində baş verib.
Camal yaşadıqları evdə olan zaman Cəmalə ilə mübahisə edib.
Qısqaclıq zəminində yaranan münaqişə zamanı Cəmaləyə yumruq və şillə ilə başına, bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Cəmalə ilə 15 ildir qeyri-rəsmi formada ailə həyatı qurub və bu dövr ərzində onların münasibətləri yaxşı olub:
“Lakin son zamanlar Cəmalənin yersiz qısqanclığı səbəbindən aralarında mübahisələr yaranmağa başlayıb Hadisə günü, saat 15 radələrində birgə yaşadığımız evdə olan zaman Cəmalənin gizlincə telefonumu götürərək baxdığını gördüm. Buna görə də icazəsiz telefonunu götürdüyünə görə irad bildirdim. Həmin vaxt Cəmalə kobud tərzdə cavab verdiyindən aramızda mübahisəmiz yarandı. Baş vermiş mübahisə zamanı əsəbləşərək Cəmalənin sifət nahiyəsinə bir neçə dəfə şillə zərbələri vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Cəmalə evdən gedib.
İş üzrə zərərçəkmiş Cəmalənin sözlərinə görə, əvvəllər münasibətləri yaxşı olsa da, son dövrlərdə Camal ona xəyanət etdiyindən aralarında mübahisələr yaranmağa başlayıb:
“Hadisə günü, saat 15 radələrində yaşadığımız evdə olan zaman Camalın kimlərlə yazışıb-danışdığını yoxlamaq üçün onun telefonuna baxmaq istədim. Lakin Camal buna imkan verməyərək telefonu əlimdən aldım. Bu səbəbdən aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Camal yumruq və şillə ilə sifət nahiyəmə bir neçə dəfə zərbələr vurdu.
Daha sonra isə yerə yıxaraq əl zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr vurmağa davam etməklə məni döydü. Bundan sonra o yaşadıqları evdən getdim. Həmin gün halım pis olduğu üçün ertəsi gün şikayət ərizəsi ilə Qobu polis bölməsinə müraciət etdim”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alınıb.
Bu səbəbdən Camalın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az