Bakıda Zəfər abidəsi ilə bağlı çoxmərtəbəli bina sökülür.
Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.
Xətai Rayon İcra Hakimiyyətindən binanın söküləcəyini təsdiqləyiblər.
Bildirilib ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür. Komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.//apa