MN: Ermənilər Kəlbəcərdə traktoru atəşə tutublar

 MN: Ermənilər Kəlbəcərdə traktoru atəşə tutublar

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Bu barədə Asayis.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Atəş nəticəsində xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

14:42 - 13 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin