Milli Məclisdə qazilərə verilən müavinətlərin məbləğinin artırılması təklif edilib

 Milli Məclisdə qazilərə verilən müavinətlərin məbləğinin artırılması təklif edilib

“Qazilərin də, heç olmasa, “bir abbası”larını verin”.

Asayis.az report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı:

“Həmişə müdafiə etdiyim qazilərin “bir abbası”sının verilməsini xahiş edirəm. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Bununla onların rifah halını yaxşılaşdırmaq olar”.

13:30 - 13 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin