"Medera Hospital"dan daha bir şikayət - Uşağın qida borusunu deşib, şikəst etdilər

Bir neçə gündür sosial şəbəkələrdə övladı ağır vəziyyətdə olan ana fəryad edərək dəstək və yardım istəyir.

Belə ki, oğlu ağır yataq xəstəsi olan qadın xəstənin bu vəziyyətə düşməsində həkimləri və konkret olaraq, MEDERA hospitalın neyrocərrah və həkimlərini ittiham edir.
Asayis.Az xəbər verir ki, aadının sözlərinə görə, onun övladını Medera Hospitalın cərrah və həkimləri səhv əməliyyat edib və sağaltmaq əvəzinə, əksinə daha da ciddi fəsadlar yetiriblər.

16 yaşlı oğlum avtomobil qəzasına düşmüşdü. Onu Semaşkoya aparmışdılar. Orda saxlamayıb, özəl xəstəxanaya köçürdüm ki, orda daha yaxşı şərait var və həkimlər mənə söz verdi ki, bura gətir, bir sağaldacağıq. Semaşkoda ölməsin deyə, onu Medera hospitala köçürdüm.

Orda nə pul istədilər verdim, pula görə onun beynini əməliyyat etdilər. Beyin qapağını açdılar. Nəfəs alması üçün traxeyadan dəlik açanda, vurub boğazını, qida borusunu da deşdilər.

Mən Mehriban xanıma, prezidentə müraciət edirəm. Məni həkimlər və klinika aldadıb. Hər dəfə bu ay yaxşı olacaq, gələn ay sağaldacağıq deyə-deyə uşağımı əridib, koma vəziyyətində mənə verdilər. Uşağımın başında problem yox idi. 90 kiloluq uşaqdan 30 kilo qalıb.

MedEraya gedib gəldim, uşağımı müalicə edin dedim, məni polislə ordan uzaqlaşdırdılar. Əvvəl 10 min təklif etdilər. Amma mən istəmədim. Çünki mənim övladımın dərdi 10 minlə sağalmır.

Məni aldatdılar ki, Azərbaycanda dərdinə dərman olmasa, Türkiyəyə göndərəcəyəm. Amma indi məni qapıdan qovurlar. Hər şeyi boyunlarından atırlar. Qida borusu salamat uşağımı deşiblər, nə yemək yeyə bilir, nə su. Əriyib gedir. Beyni salamat idi, beynini açıb qarnına tikdilər. Uşağımın sağalması üçün yalvarıram. Medera hospital məniçm evimi yıxdı”. (Medicina.az)

17:57 - 12 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin