17 it ağacdan asılmış halda tapıldı - DƏHŞƏT

 17 it ağacdan asılmış halda tapıldı - DƏHŞƏT

Türkiyənin paytaxtı Ankarada baş verən hadisə insanları dəhşətə gətirib. İstirahət zonasındakı ağaclardan asılmış 17 it tapılıb.
Asayis.Az 
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata görə, Ankaranın Yenimahalle bölgəsində bir qrup şəxs ağacdan asılmış itləri tapıb.

Dərhal polisə məlumat verilib və əraziyə xilasetmə qrupları göndərilib.

İtlərdən 14-ü xilas edilsə də, yerdə qalanı boğularaq ölüb. 

Araşdırmalar davam etdirilir.
 

14:54 - 12 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin