İnflyasiya ilə bağlı məsələləri söz xatirinə qaldırmırıq. İnflyasiya əvvəl yoxsul təbəqəyə təsir edirdisə, indi orta təbəqəni təsiri altına alıb.
Asayis.Az xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
"Mərkəzi Bankın inflyasiya proqnozlarına inanmırıq ki, Azərbaycanda göstəricilər orta dünya, inkişaf etmiş ölkələrin, MDB-nin göstəricilərindən yüksəkdir. Azərbaycanda bank sistemi komfort yaradıb. Banklar yüksək faizlərdən, depozitlərin faizlərindən, nağdlaşdırma zamanı komissiyalardan qazanır. Dərinə getsək, bank sahibkara yüksək faizli kredit verməklə bankın öz pulunu dövriyyə elətdirir. Belə olan zaman sual ortaya çıxır ki, necə olur, MDB ölkələrində faiz dərəcələrini aşağı salmaq olur, bizdə olmur?”, - deyə deputat vurğulayıb. (modern.az)