Daha bir məktəbdə rüşvət iddiası - Müəllimə qızıl hədiyyə edildi - VİDEO

 Daha bir məktəbdə rüşvət iddiası - Müəllimə qızıl hədiyyə edildi - VİDEO

Daha bir məktəbdə rüşvət iddiaları gündəm olub.
Asayis.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynləri “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə ediblər.

Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.

Həmin görüntüləri təqdim edirik:
 

Qeyd edək ki, ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı da rüşvət iddiaları güdəmə gəlmişdi.


Demokrat.az

10:10 - 12 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin