18-ci əsrdə inşa olunmuş Şəki Xan Sarayının Qala divarlarının bir hissəsi dağılıb.
Asayis.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, 2016 ci ildə 456 metrlik hissəsi bərpa olunan tarixi abidənin yenidən təmirə ehtiyacı var.
Keçən il uçmaqda olan divarlar təmir üçün sökülsə də, heç bir yenidənqurma işi aparılmayıb.
Qalanın daxil olduğu Yuxarıbaş Tarix Memarlıq Qoruğundan bildirilib ki, təmir zamanı nəzərdə tutulmayan məsələlər ortaya çıxdığı üçün yenidənqurma işində ləngimə yaranıb. Artıq hazırlıq işləri başa çatmaq üzrədir və qısa zamanda təmir işlərinə başlanacaq.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik: