Xırdalanda müəllimə taxılan qızıl sırğalar gündəm oldu: Hədiyyə, yoxsa “şirinlik”? - İDDİA + VİDEO

 Xırdalanda müəllimə taxılan qızıl sırğalar gündəm oldu: Hədiyyə, yoxsa “şirinlik”? - İDDİA + VİDEO

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddiaları güdəm olub.

Asayis.az  "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə sözügedən məktəbin ibtidai sinif müəlliminə 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı əks olunub.

Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.

Həmin görüntüləri təqdim edirik:

 

VİDEO

15:00 - 11 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin