Bakıda avtomobil piyadanı vurub, sürücü hadisə yerindən qaçıb

 Bakıda avtomobil piyadanı vurub, sürücü hadisə yerindən qaçıb

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az“Report”a itinadən xəbər verir ki, Maştağa qəsəbəsində avtomobil yolu keçən 26 yaşlı Tahir Mirzəyevi vurub.

Hadisəni törədən sürücü ərazidən qaçıb.

Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis əməkdaşları tərəfindən saxlanılıb və araşdırma aparılır.

11:40 - 11 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin