Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

 Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

Yayın ilk ayının ciddi maqnit qasırğaları başlayır.

Asayis.az  xəbər verir ki, bu qasırğalar geozərbələrin gücü ilə fərqlənəcək. Onlardan bir neçəsi çox hiss olunacaq.

Maqnit qasırğalarının tərtib olunmuş təqviminə görə, zəif maqnit qasırğaları 16-30 iyun, orta maqnit qasırğaları 28-29 iyun, güclü maqnit qasırğaları isə 18-20 iyun tarixlərinə təsədüf edəcək.

Terapevt Mətanət Cəfərova “Xəzər Xəbər”ə bildirib ki, bu cür dalğalanmalar ən çox meteohəssas insanlara, yaşlılara və müəyyən xroniki sağlamlıq problemləri, xüsusən də ürək-damar xəstəlikləri olanlara təsir edir: "Bu dövrdə baş ağrısı, miqren, zəiflik hissi əzab verə, xəstəliklər ağırlaşa, təzyiq sıçrayışları ola bilər".

Mətətanət Cəfərova qeyd edib ki, qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün qasırğadan əvvəlki günlərdə və qasırğa zamanı sağlam həyat tərzi vərdişlərinə əməl etmək məsləhətdir.

Mürtəxəssis əlavə edib ki, belə günlərdə stressdən, ağır yüklərdən uzaq olmaq lazımdır. Fast food, yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin. Eyni zamanda qəhvə, siqaret və spirtdən imtina edin.

 

10:00 - 11 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin