Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub

 Lənkəran və Zaqatala hərbi prokuroru vəzifələrinə təyinat olub

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

Asayis.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmrilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

17:44 - 9 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin