“Agro Food İnvestments” MMC (VÖEN - 1404315581) yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Agro Pro Group” MMC-nin yaradıldığını elan edir.
Yeniavaz.com xəbər verir ki, “Agro Food İnvestments” MMC-yə Azərbaycanın kənd təsərrüfatı naziri Məmmədov Məcnun Qadir oğlu rəhbərlik edib.
Məcnun Məmmədov bu ilin aprel ayının 14-də nazir təyin olunub. Nazir təyin olunduqdan 12 gün sonra – 26 aprel tarixində isə “Agro Food İnvestments” MMC-nin direktoru vəzifəsindən ayrılıb.
“Agro Food İnvestments” MMC-nin yeni direktoru Novruzov Vahid Vaqif oğludur.
Onu da bildirək ki, aprel ayının 20-də “Agro Food İnvestments” MMC nizamnamə kapitalını azaldaraq 270 milyon 68 min 813 manatdan 202 milyon 188 min 813 manata salıb.
Qeyd edək ki, “Agro Food İnvestments” MMC-nin hüuqi ünvanı ölkənin ən böyük şirkti olan “Paşa Holdinq” ilə eyni ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşir.
“Agro Food İnvestments” MMC kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdalı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyvə çeşidləmə, logistika və digər kənd təsərrüfatı və qida istehsalı sahələri üzrə işlər görür.
“Agro Food İnvestments” MMC-nin rəsmi saytında göstərilir ki, aşağdakı şirkətlər də bu şirkətin tərkibində fəaliyyət göstərirlər.