İmişlidə iki yük maşını toqquşub, ölən var

 İmişlidə iki yük maşını toqquşub, ölən var

İmişlidə baş verən yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

Hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində - İmişli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlunun idarə etdiyi “QAZel” markalı avtomobil “KamAZ” markalı avtomobillə toqquşub. 

Nətcədə “QAZel”in sürücüsü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Yaralı aldığı ağır xəsarətlərdən orada ölüb. Faktla bağlı araşdırma aparılır.


09:42 - 23 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin