Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olanların NƏZƏRİNƏ

 Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olanların NƏZƏRİNƏ

 

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək.

Məlumata görə, bununla bağlı Milli Məclisə "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər layihəsi daxil olub.

Dəyişiklik layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacaq.

Qanunlara və Məcəlləyə dəyişikliklərlə taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyən ediləcək./Report

16:33 - 8 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin