Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı

 Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradoba (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

 

Pravda.az

11:39 - 8 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin