Baş Prokurorluğun Belarusdan ekstradisiya olunan şəxslə bağlı MƏLUMATI
Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Asayis.Az-a verilən xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məclləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Ağasəmid Məhərrəmov Belarus Respublikasının ərazisində saxlanılaraq iyunun 8-də Penitensiar xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.