"Başqa sahədə çalışanlar da sənətlərini ailə ilə uzlaşdıra bilmirlər. Evdən başqa işlədiyi sahəyə də diqqət yetirməlidirlər. Xoşuma gəlməyən tərəf də odur ki, sənəti az olanlar bu barədə danışrlar". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "El canlı" verilişində danışıb. Müğənni sənət adamlarının ailəsinin tez dağılması haqda sualları cavablandırıb.
"Müəllim, həkim üçün də ailə çətindir. Bəzən başqa sənət adamları var ki, məcbur işdə çox qalırlar. Bəxtimiz gətirib ki, qadın doğulmuşuq. Bir çox məsuliyyətimiz var. Kişilərin məsuliyyəti başqa, qadınınki başqadır" deyə, o, əlavə edib.
Ailə qurmasının 35 ilini qeyd edən Dadaşova həyat yoldaşı Ədalət Hacıyevdən danışıb:
"Biz evlənəndə fikirləşmirdik ki, belə yaşamalıyıq. Əvvəldən bir olmaq istəyirdik və evləndik. Səhərdən axşama kimi işdə olurdu. Mən də sənətdə idim, universitetdə təhsil alırdım. 1985-ci ildə tanış olmuşuq və bütün çəkilişlərə bir gedirdik. Bəzən ona deyirdilər ki, sənət adamıdır, necə olacaq? Cavab verirdi ki, yaxşıdır, həkim olsaydı yanında gedə bilməzdim. Sənət adamıdır, lazım olanda yanında gedə bilirəm. Səhnə arxasında yanımda olub. Ağır xasiyyətli adamdır".