"Beynəlxalq səviyyədə də jurnalistlərə ev verilməsi yaxşı qarşılanmır"

 

"Mən jurnalistlərə mənzillərin verilməsinin əvvəldən əleyhinə olmuşam və bu gün də mövqeyim dəyişməyib".

Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasından "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib. 

O bildirib ki, bu layihə Əli Həsənovun dövründə işə salındı:

"Əli Həsənovun dövründə bu təcrübə jurnalistləri ələ almaq üçün işə salınmışdı və faktiki olaraq da jurnalistlərin hamısını ələ aldılar. Sonra hakimiyyət başa düşdü ki, Əli Həsənovun ev layihəsi zərərli ideyadır". 

Mehman Əliyev jurnalistlərə ev verilməsi ideyasının səhv addım olduğunu söyləyib:

"Bu gün elə jurnalistlər var ki, məndən 2-3 qat çox maaş alır. Ümumiyyətlə, beynəlxalq səviyyədə də jurnalistlərə evin verilməsi yaxşı qarşılanmır".

14:07 - 7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin