Tağı Əhmədovun ayaqları tutuldu - "Yeriməyi artıq mümkün deyil"

 Tağı Əhmədovun ayaqları tutuldu -

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.
Asayis.Az 
Manset.az-a istinadla xəbər verir ki, ömürlük əlil arabasına məhkum olmaqla yanaşı, onun ürəyində də ciddi problem yaranıb.

Hazırda T. Əhmədov Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.

Xanımı Salatın Əhmədova faktı təsdiqləyib: "Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti ürəkaçan deyil. Müalicə zamanı başqa problemləri də üzə çıxdı. Onun ürəyində də problem var. İndi müalicə edəcəklər. Yəqin, ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Yeriməyi artıq mümkün deyil. Bunun üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir sabah başına nə iş gələcək".

13:45 - 7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin