ABŞ da daha bir silahlı insident baş verib. Liseyin məzun günü ilə bağlı təşkil etdiyi mərasimə edilən silahlı hücüm nəticəsində 7 nəfər güllələnib, 2 nəfər isə həyatını itirib.
Asayis.Az xəbər verir ki, hadisə ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində baş verib.
Hələlik hücumun səbəbi məlum deyil.
Əraziyə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Atışmadan sonra iki şübhəlinin həbs olunduğu bildirilib.