“AAAF Park”da ölüm hadisəsi - MƏHKƏMƏ

 “AAAF Park”da ölüm hadisəsi - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində təhlükədə qoymada təqsirləndirilən Məlik Ağayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Asayis.Az-ın məlumatına görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

İttihama görə, 1993-cü il təvəllüdlü Məlik Ağayev həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə təhlükədə qoyub.

Belə ki, o, “Elçin” adlı tanışı ilə birlikdə 02 sentyabr 2022-ci il tarixdə, saat 03:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış massivinin B kompleksində 1 nömrəli yaşayış binasının alt mərtəbəsində yerləşən kafedə ümumi tanışları ilə birlikdə olarkən Lətif Səfərovun (şərti) narkotik vasitənin təsiri altında olduğunu bildiyi, əhvalının pis olduğunu gördüyü və ona kömək göstərmək imkanı olduğu halda bunu etməyib. Məlik həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Lətifi bilə-bilə köməksiz qoyub.

Nəticədə həmin orada xroniki qeyri-aktiv hepatit ilə müşayiət olunan narkotik maddə ilə (tiryəklə) zəhərlənmə səbəbindən ölüb.

Məlik Ağayevin barəsində Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Pravda.az

11:52 - 7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin