Radar cərimələri artırılır - VİDEO

 Radar cərimələri artırılır - VİDEO

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.

Asayis.Az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150-dən  200 manat məbləğinə artırılması təklif edilir.

"Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 250-manat yox 300 manat məbləğində cərimə ödəyəcəklər."

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, yüksək sürət görə cərimə sanksiyasının artırılması bir o qədər də effektli olmayacaq.

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 100 yox, 150 manat cərimələnməsi təklif edilir. Sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması, piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 200-yox,  300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.

Bəzi sürücülər isə deyir ki, cərimə məbləğinin artırılması düzgün deyil. Onlar cərimənin artırılmasından daha çox marifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu deyirlər.

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin növbədən kənar plenar iclasında müzakirə çıxarılıb, dəyişiklik 1-ci oxunuşda qəbul edilib. (Xezerxeber.az) 

 

11:36 - 7 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin