Rusiya Ordusu 15 mindən artıq hərbçi itirib

 Rusiya Ordusu 15 mindən artıq hərbçi itirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya Ordusunun itkilərini açıqlayıb. 

Baş Qərargah fevralın 24-dən martın 22-dək Rusiya Ordusunun 15.3 min hərbçi itirdiyini bildirib.

Bundan başqa, açıqlamada Rusiya Silahlı Qüvvələrinin 509 tank, 1556 zirehli döyüş maşını, 252 artilleriya sistemi, 80 reaktiv yaylım atəşi sistemi, 45 Hava Hücumundan Müdafiə vasitəsi, 99 təyyarə, 123 vertolyot, 1000 avtomobil texnikası, 3 gəmi/kater, yanacaq sürtgü materialı olan 70 sistern, 35 operativ-taktiki Pilotsuz Uçuş Aparatı və 15 ədəd xüsusi texnika itirtdiyi qeyd olunur.

14:47 - 22 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin