Prodüser Təranə Səmədovanın növbəti məhkəməsi prosesi baş tutacaq.
Asayis.Az Olay-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O qeyd edib ki, iclasda qanuni nümayəndə kimi iştirak etməlidir və prodüserin qızı Suel prosesə getməkdən imtina edir:
“Böyük qızı ümumiyyətlə məhkəməyə gəlməkdən imtina edir, digəri isə çox balacadır. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim. Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm. Çox təəssüf. Amma kaş ki, son şans verilə... Cəzasını evdə çəkə! Balaca qızının ona çox ehtiyacı var”.