Bəxtiyar Hacıyevin və atasının evində axtarış aparıldı

 Bəxtiyar Hacıyevin və atasının evində axtarış aparıldı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, həmçinin Gəncədə yaxınlarının mənzilində axtarış aparılıb.

Asayis.Az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, axtarışlar B.Hacıyevin Gəncə şəhərində olan atasının, qardaşının, onun dostlarının evində və avtomobilində də aparılıb: “Hazırda axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”.

Vəkil axtarışların məqsədinin B.Hacıyevə yeni ittihamların irəli sürülməsi ehtimalı ilə əlaqələndirib.

 

Pravda.az

11:32 - 6 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin