Xəbər verdiyimiz kimi, Salyanda Milli Məclisin sabiq deputatı, general-leytenant Əliağa Hüseynov tərəfindən torpaq sahəsinin zəbt edildiyini bildirən “Samir 3” MMC-nin rəhbəri Əlövsət Həsənov rayonun Arbatan kənd bələdiyyəsinin sədri Aslan Fərəcovun dediklərinin həqiqətəuyğun olmadığını bildirib. Ə.Həsənov deyib ki, torpaqların hərraca çıxarıldığını ondan gizlədiblər. Əgər elə bir məktub varsa, bələdiyyə ictimaiyyətə təqdim etsin.
Asayis.Az xəbər verir ki, məsələni aydınlaşdırmaq üçün yenidən Aslan Fərəcovla əlaqə saxlayıb.
Bələdiyyə sədri isə əməkdaşımızın suallarına belə cavab verib:
“Onlar şou yaradırlar. Məktubların hamısı arxivdədir. Bilirsiniz ki, beş il tamam olan kimi sənədləri arxivə veririk. Getsin, sənədi arxivdən axtarsın. Maraqlı tərəf odur, özü gedib sənədi çıxarsın”.
Aşağı Noxudlu bələdiyyəsinin sədri Hakim Mustafayevin mövqeyini öyrənmək istəsək də, əlaqə yaratmaq mümkün olmadı.
Qeyd: Ə.Həsənov iddia edir ki, istifadəsində olan torpaq sahəsinin bir hissəsini ondan gizli hərrac keçirilərək Milli Məclisin sabiq deputatı, general-leytenant Əliağa Hüseynovun oğlu Nizami Hüseynova icarəyə verilib.
Pravda.az