Lənkəranda toy məclisindən çıxan şəxslər arasında DAVA

 Lənkəranda toy məclisindən çıxan şəxslər arasında DAVA

Lənkəranda 1998-ci il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Ülviyə xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə Lənkəran rayonunun Qurumba kəndində yerləşən “Elçin” çadlıq sarayının həyətyanı sahəsində baş verib. 

Elvin tanışı Ülvi ilə aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı yumruqla onu vurararaq, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Ülvi onun ögey xalası olan Aytənin əridir: “2022-ci ilin iyul ayında mənim ailəm ilə Ülvinin ailəsi arasında yaranmış mübahisə səbəbindən atam Abbas Ülviyə zəng etdi. Telefon danışığı zamanı Ülvi Abbası təhqir etdi. Mən bir neçə dəfə Ülviylə danışmaq istəsəm də, Ülvi telefon zənglərimə cavab vermədi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu il Lənkəran rayonu Qurumba kəndində yerləşən “Elçin" Şadlıq Sarayında toy məclisində iştirak edib: “Saat 20 radələrində siqaret çəkmək üçün sarayın həyətinə düşdüm. Sarayın həyətində olduğum zaman bir neçə dəqiqə sonra Ülvinin sarayın həyətinə daxil olmasını gördüm. Ülviyə yaxınlaşıb salamlaşdım. Ülvi ilə bir məsələni aydınlaşdırmaq üçün kənara çəkilməsini xahiş etdim. Lakin Ülvi toy məclisinə gəldiyini bildirdi. Mən də toy məclisinə gəldiyimi dedim. Ülvi ilə birlikdə sarayın kənarına çəkilərək sonuncu ilə söhbətləşməyə başladıq. Ülvidən hansı səbəbə atamı təhqir etməsini soruşdum. O, təhqir etməkdə haqlı olduğunu bildirdi. Bu səbəbdən əsəbləşərək Ülvinin sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurdum. Zərbənin təsirindən Ülvi yerə yıxıldı. Ülvi yerə yıxıldıqdan sonra da onun bədən nahiyəsinə bir neçə təpik zərbələri vurdum”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra həmkəndlisi Şahid yaxınlaşaraq onları ayırıb. O, əməlindən peşman olmasını deyib. 

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Elvin 1000 manat miqdarında cərimə olunub. 

 


Demokrat.az

11:04 - 6 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin