"Mən bədbəxt oldum, başqaları da olmasın" - Tanınmış telejurnalist

Tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev intihar edəcəyi ilə bağlı paylaşım edib. 

O, paylaşımda bəzi dövlət qurumlarından şikayətçi olduğunu bildirib.

Həmin paylaşımı  təqdim edirik:

"Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa - üzr istəyirəm. Haqqınızı halal edin. 

Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.

Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında Dərə marketin yaxınlığı. 

Xahiş edirəm, mənə yazmayın və zəng etməyin".

Qeyd edək ki, Ceyhun Rzayevlə valideynləri arasında bir müddətdir yaşadığı evlə bağlı problem yaşanır. Telejurnalist valideynləri onu və ailəsini yaşadığı evdən çıxarmaq istəyirlər. 


10:05 - 6 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin