Şəfiqə Nağıyevanı maşın vurdu - VİDEO

 Şəfiqə Nağıyevanı maşın vurdu - VİDEO

Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.

Vəkilin qəza keçirməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə aparıcı Tarix Əliyevin ( Tolik) ad günü məclisindən çıxarkən Nizami rayonunda baş verib.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən “Qafqazinfo”ya təsdiq ediblər.

İdarənin baş inspektoru Araz Əsgərli deyib ki, hadisə nəticəsində vəkil dərhal xəstəxanaya aparılıb, vəziyyətinin yaxşı olduğu bildirilir:

“Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə törədən “KİA” markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Hazırda araşdırma aparılır.”/Qafqazinfo

 

09:55 - 6 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin