Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı ilə taktiki-xüsusi təlim keçirib. “Heydər Əliyev İli”nə həsr olunan təlim zamanı şərti baş verən qəzaların fəsadlarının aradan qaldırılması, yanğınların söndürülməsi əməliyyatları və digər təxirəsalınmaz tədbirlər praktiki olaraq nümayiş etdirilib. Asayis.Az xəbər verir ki, təlimidə Alayin Komandiri Şərif Əsədov çıxış edib, taktiki təlimin iştirakçılara uğurlar arzulayıb. Taktiki-xüsusi təlimdən hazırlanan videomaterialı sizə təqdim edirik: