Tədris Cərrahiyyə Klinikasında işıqlar söndü - Həkimlər liftdə qaldı

 Tədris Cərrahiyyə Klinikasında işıqlar söndü - Həkimlər liftdə qaldı

ATU-nun Tədris Cərrahiyyə Klinikasında işıqların sönməsi səbəbilə həkimlər liftdə qalıblar. Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda bildirilib ki, Klinikanın “Azərişıq” ASC-yə borcu olduğu üçün işıqlar sönüb. 
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib ki, yaranan problem Klinikadan qaynaqlanmayıb.

“İşıqpulu borcunun olması ilə bağlı yayılan məlumat səhvdir. Səbəbin nə olduğunu biz də bilmirik. Nəsimi rayon Elektrik İdarəsindən, yaxud “Azərişıq”dan səbəbi öyrənmək olar. Başqa qurumun adından cavab verə bilmərik. Çünki problem bizdən qaynaqlanmır. Məsələni araşdırdıq. İşığın sönməsi iki-üç dəqiqə davam edib, bu müddət ərzində reanimasiyada, uşaqların yatdığı küvəzlərdə heç bir problem yaranmayıb. Çünki avtomatik olaraq generatorlar işə düşüb. Sadəcə, generatorların tənzimlənməsi zamanı liftin işə düşməsi bir az vaxt alıb. Şükür ki, başqa heç bir problem olmayıb, əməliyyatxanalarda və digər bölmələrdə generatorlar avtomatik yanıb”.

Pravda.az

17:22 - 5 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin