“Evli kişilər statuslu qadınları pul və ya bahalı hədiyyələr təklif edərək əldə edirlər” - Psixoloq

 “Evli kişilər statuslu qadınları pul və ya bahalı hədiyyələr təklif edərək əldə edirlər” - Psixoloq

“Həm kişidə, həm də qadında cinsiyyətinə görə 50 faiz əks cinsə aid xüsusisiyyətlər daşınılır. Bu da sağlam şəxsiyyət olması üçün balans deməkdir. Əgər qadında 50 faiz kişi xüsusiyyətləri dediyimiz xarakterdə güclü tərəflər inkişaf etməyibsə, mütləq kişilik xüsusiyyətləri inkişaf etməmiş şəxsi güzgü effekti kimi özünə çəkəcək. Yəni, qarşındakı insan səni incidirsə, onu sən seçmisən, sən istəmisən, çünki bu, “sən özünsən” deməkdir. Həll etmədiyin travmaların səni canlı olaraq incidir”. 

Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında tanınmış psixoloq Samirə Bağırova toksit münasibətlərlə bağlı danışarkən deyib. 

Psixoloq bildirib ki, toksit münasibətlə bağlı çox müraciətlər olunmaqdadır:

“Münasibətin ilk başında çoxu maddiyyata, kimisi evlənmə təklifi kimi yalanlara aldanır. Sonra isə heç bir şey istəməsə belə, canını qurtara bilmir. 
Ümumiyyətlə, toksit münasibət hər iki tərəfin dərin psixoloji pozğunluğu deməkdir. Çünki onlarda bağlanma hissi güclü olur”.

Psixoloq bildirib ki, belə münasibətlərdə hər iki tərəf məsuliyyət olmalıdır və onların sadəlövh olmamaları tövsiyə olunur:

“Əks təqdirdə, bu duyğuların möhkəmlənməsi üçün həyatdan dərs almalı olurlar. Kişilər gözəl statuslu qadınları əlçatmaz hesab etdikləri üçün təbii hal olaraq pul və ya bahalı hədiyyələr təklif edərək əldə edirlər. Əsasən də, evli kişilər bu cür addım atırlar. Bu şəkildə qarşı tərəf də onun evliliyə göz yummuş olur. Yəni, hər kəs bir-birini satın alır. Kimisi əldə edib çevrəyə özünü sübut üçün, kimisi maddiyyat üçün, kimisi cinsi tələbatının ödənilməsindən razı qaldığı üçün bu addımı atır. Sonra isə “sevgi boş duyğudur” deyirlər. Halbuki, ümumiyyətlə heç vaxt sevmədiklərinin fərqində deyillər”.

 

Demokrat.az

14:59 - 5 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin