Azərbaycan əhalisi yay tətilini harada keçirməyi düşünür?

 Azərbaycan əhalisi yay tətilini harada keçirməyi düşünür?

Sosial Tədqiqatlar Mərkəzi (STM) rəy sorğusu əsasında vətəndaşların yay tətili ilə bağlı planlarını öyrənib.

Asayis.az STM-ə istinadən xəbər verir ki, “Yay tətilini harada keçirməyi planlaşdırırsınız?” sualına cavab olaraq, sorğuda iştirak edənlərin 50,6%-i tətili yaşadığı evdə (mənzildə), 31,7%-i ölkənin digər rayonlarında (şəhərlərində) keçirməyi planlaşdırdığını bildirib. Respondentlərin 6,2%-i yay tətilini bağ evində, 2,9%-i müəyyən turizm və istirahət mərkəzlərində, 2,6%-i xarici ölkələrdə keçirməyi planlaşdırıb.

Nəticələrə əsasən, yay tətilini ölkə xaricində keçirməyi planlaşdırdığını bildirənlər əsasən gənclər və özəl sektorda çalışdığını bildirənlərdir.

Respondentlərin gəlir səviyyəsinin artmasına paralel olaraq, tətili yaşadığı evdə (mənzildə) keçirməyi planlaşdıranların sayında azalan, ölkənin digər rayonlarında (şəhərlərində) keçirməyi planlaşdıranların sayında artan dinamika qeydə alınır.

Sorğu iştirakçıları arasında Bakıda yaşayanların 43,3%-i tətili digər rayon və şəhərlərdə, 33,0%-i yaşadığı evdə (mənzildə), 13,4%-i bağ evində keçirməyi nəzərdə tutduğunu bildirib.

17:47 - 2 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin