Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun avtomobil benzinin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur.
Asayis.Az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Caspian Oil&Gas sərgisindəki stendində bildirilib.
Məlumata görə, 2023-cü ilin ikinci rübündən etibarən dizel yanacağı istehsalına başlanılıb.
Qeyd olunub ki, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. Vurğulanıb ki, zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.