Azərbaycanda dizel yanacağının istehsalına başlayır

 Azərbaycanda dizel yanacağının istehsalına başlayır

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun avtomobil benzinin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur.

Asayis.Az
 APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Caspian Oil&Gas sərgisindəki stendində bildirilib.

Məlumata görə, 2023-cü ilin ikinci rübündən etibarən dizel yanacağı istehsalına başlanılıb.

Qeyd olunub ki, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. Vurğulanıb ki, zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.

16:38 - 2 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin