Bu futbolçunun Azərbaycandan çıxışına qadağa qoyuldu - FOTO

 Bu futbolçunun Azərbaycandan çıxışına qadağa qoyuldu - FOTO

"Keşlə”nin (indiki "Şamaxı”) sabiq futbolçusu Omar Qudiabinin Azərbaycandan çıxışına qadağa qoyulub.

Asayis.Az xəbər verir ki, buna səbəb seneqallı oyunçunun vergi borclarını ödəməməsi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə verilən Qudiabinin işinə Bakı Kommersiya Məhkəməsində  baxılıb.

Xüsusi icraat qaydasında aparılan işin nəticəsinə əsasən futbolçunun ölkədən çıxışı məhdudlaşdırılıb. Bu da o anlama gəlir ki, Qudiabi Azərbaycana dönəcəyi təqdirdə vergi borcunu ödəyənə qədər sərhədlərimizdən kənara çıxa bilməyəcək.

28 yaşlı seneqallı hücumçu 2021-2022 mövsümündə "Keşlə”nin (indiki "Şamaxı”) formasını geyinib.Qaynarinfo

 

17:29 - 1 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin