Elm və Təhsil Nazirliyinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı sosial şəbəkədəki paylaşımı müzakirələrə olub.
Asayis.Az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov da paylaşıma görə nazirliyi tənqid edib.
“Elmdən, təhsildən xəbərsiz olduğunuzu bilirik, başınız dost, tanışlarınıza vəzifə verməyə, fəaliyyəti olmayan QHT-lərə yüz minlərlə vəsaiti qrant adı altında paylamağa necə qarışıbsa, nə paylaşdığınıza belə baxmırsınız. Siz nəyi təbliğ edirsiniz? Yüzlərlə direktor, müəllim də baxmadan, anlamadan bu şəkili paylaşır. Siz bizim uşaqları nə kimi görmək istəyirsiniz? Bu nəyin bayrağıdır?” – o qeyd edib.
Nazirlik paylaşıma düzəliş edərək, fotonu dəyişib.