Əhaliyə xəbərdarlıq: Su qıtlığı yarana bilər - AÇIQLAMA

 Əhaliyə xəbərdarlıq: Su qıtlığı yarana bilər - AÇIQLAMA

Sudan qanunsuz istifadəyə görə cərimələr tətbiq olunsa da, bəzi sahibkarlar bundan nəticə çıxarmırlar.

Iksinə onlar qanunsuz çəkildiyi üçün ləğv edilən su xəttlərini yenidən bərpa edirlər. Sudan qanunsuz istifadə, eləcə də israfçılıq şirin su çatışmazlığına səbəb olur. Nəzərə alsaq ki, son illər Azərbaycanda su ehtiyatlarının azalması müşahidə olunur, onda su çatışmazlığının getdikcə daha kəskin hal alacağı şübhə doğurmur.

Bəs, bu prolemin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?



Mövzu ilə bağlı Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov Bakupost.az -a açıqlamasında bildirib ki, sudan qanunsuz istifadə edənlərə qarşı cərimələr işə yaramadıqda daha ciddi tədbirlər görülməlidir:

“İnzibati xətalar mütəmadi olaraq eyni şəxs tərəfindən törədilirsə, qanunvericiliyə uyğun olaraq, daha sərt cəza tətbiq olunur. Sudan qanunsuz istifadə edən şəxslərə qarşı da bu cür davranmaq lazımdır”.

R.Abbasov su ehtiyatlarının azalmasının qarşısını almaq üçün bir sıra təkliflər irəli sürüb:

“Paylama şəbəkələrində olan su itkilərinin qarşısını almağa çalışmaq lazımdır. Qapalı texnologiyaya keçid olunmalıdır ki, su israf olmasın. Əsas su itkiləri kənd təsərrüfatı sahəsində baş verir. Ona görə də sudan az istifadəyə imkan verən yeni texnologiyalardan istifadə olunmalıdır. Susuzluğa dözümlü bitkilər əkilməlidir. Müasir suvarma texnologiyalarına keçməliyik. Təbii ki, yayda su ilə bağlı problemlər daha da artacaq. Bu da daha effektiv həll yolları tələb edir. Həmçinin, vətəndaşlar da başa düşməlidir ki, su çatmır. Onlar yay vaxtı qısamüddətli məhdudiyyətlərə uyğunlaşmalıdırlar”.

 

15:09 - 1 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin