Keçmiş SSRİ məkanındakı bütün “qanuni oğru”lar ədavətə son qoymaq qərarına gəliblər.
Məlumata görə, müxtəlif “oğru” klanlarının nümayəndələri əvvəl Antalyada, sonra İstanbulda görüşüblər. Tədbirdə “Merab Suxumski” kimi tanınan avtoritet Merab Canqlevazde və “Taro” ləqəbli avtoritet Taryel Oniani iştirak ediblər.
Onlar bir qədər əvvəl Rusiya kriminalının xaç atası “Şokro Molodoy”un müraciətini dəstəkləmək qərarına gəliblər.
Xatırladaq ki, “Şokro Molodoy” həbsxanadan “oğru aləmi”nə etdiyi müraciətdə “oğru aləmi”nin “kollabs” (ölü) vəziyyətdə olduğunu bildirmişdi:
“Onun vəziyyəti heç də ürəkaçan deyil. Bundan xilas yolu isə düşmənçiliyə və qarşılıqlı təhqirlərə son qoymaq, “qanuni oğru”lar arasında sülhə nail olmaqdır. Biz qardaşıq”.