Beynəlxalq Bankın məhkəmə zalında həbs edilən mütəxəssisi ilə bağlı QƏRAR

 Beynəlxalq Bankın məhkəmə zalında həbs edilən mütəxəssisi ilə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qəbələ filialının sabiq nəzarətçi mütəxəssisi Qasım Əliyevin (şərti) və həmin bankın müdiri olmuş Valeh Nazimovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qasım Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və məhkəmə iclas zalında həbs olunub. Hökmə əsasən, Valeh Nazimov isə 3000 manat cərimə cəzasına məhkum olunub.

İttihama görə, Qasım Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-də nəzarətçi mütəxəssis vəzifəsində işlədiyi dövrdə bankın 75 432 manat məbləğində pul vəsaitinin mənimsəyib.

Cinayət materiallarında qeyd edilib ki, bank müdiri olmuş Valeh Nazimov isə səhlənkarlıq edib.

 

10:43 - 1 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin