Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində öldü.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.
Məlumata görə, atəş açılması nəticəsində Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən faktla bağlı araşdırma aparıldığı bildirilib.