İranda 3 nəfər edam olunub

 İranda 3 nəfər edam olunub

İranın Şiraz əyalətində 3 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub. Asayis.Az xəbər verir ki, bu barədə Fars əyaləti Məhkəməsinin baş hakimi höccətül-islam Seyid Kazım Musəvi bildirib.

Məlumata görə, onlar Ədilabad həbsxanasında səhər saatlarında asılaraq edam edilib.

Edam olunan 3 şəxs bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınları qarşı soyğunçuluq, təcavüz əməlləri törədib.

12:33 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin