Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü

 Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndində ağır yol qəzası baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, yüksək sürətlə hərəkət edən BMV markalı avtomobil ağaca çırpılıb.

Avtomobildə olan altı nəfərdən beşi hadisə yerində ölüb. Bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onu da xilas etmək mümkün olmayıb.

Ölənlərin üçü, ikisi qardaş olmaqla, Birlik kəndindən, digərləri isə Saqareco bölgəsindən olublar.

Onların hamısı azərbaycanlıdır.

Gürcüstanın Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırmaya başlayıb.

12:22 - 14 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin