Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi

 Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayon şöbələri ləğv edilib.

Asayis.az Redaktor.az-a istinadla xəbər verir ki, bu şöbələrin ləğvi nəticəsində Dövlət Xidmətinin Gəncə şəhər idarəsi yaradılıb.

İdarəyə rəhbərlik isə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi Ceyhun Əsədova həvalə edilib.

12:16 - 14 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin