Tavuşdakı dirəklər Ermənistanın təhlükəsizliyinin təminatıdır - Paşinyan

 Tavuşdakı dirəklər Ermənistanın təhlükəsizliyinin təminatıdır - Paşinyan

Tavuşdakı sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır.

Asayis.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda baş verənlər təhlükəsizlik təminatlarının yaradılmasıdır, çünki əvvəlkilər yaramayıb: “Hakimiyyət bu təminatları gücləndirmək və dirəklərin sayını artırmaq üçün əlindən gələni edəcək”.

Baş nazir bildirib ki, sərhəd sütunları qanuni əsaslarla quraşdırılır: “Onlar Voskepar, Kirants, Berkaber, Bağanis və bütövlükdə Ermənistan kəndlərinin təhlükəsizliyinin təminatına çevrilirlər. Delimitasiya və demarkasiya bir məqsəd deyil, vəzifə aydın təminatların formalaşdırılmasını özündə ehtiva edir”.

14:00 - 7 May 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin