Argentina İranla əlaqədar İnterpola müraciət etdi

 Argentina İranla əlaqədar İnterpola müraciət etdi

Argentina hökuməti İranın daxili işlər naziri Əhməd Vəhidinin tutulması üçün İnterpola müraciət edib.

Asayis.Az 
xəbər verir ki, bu barədə Argentina XİN məlumat yayıb.

Bildirilib ki, hökumət nazirin 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mərkəzinə edilən bombalı hücuma görə həbs edilməsini istəyib. 

Argentinanın tələbi ilə İnterpol Vəhidinin həbsi ilə bağlı qırmızı xəbərdarlıq edib.

Qeyd edək ki, Argentina daha əvvəl də Vəhidinin ekstradisiyasını tələb etmişdi.

12:49 - 27 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin