“Məhsul” stadionu təmir olunur? - VİDEO

 “Məhsul” stadionu təmir olunur? - VİDEO
Yasamal rayonunda “Məhsul” stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb.

Asayis.Az xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb.

Məsələyə Yasamal rayon Mənzil Kommunal İdarəsindən münasibət bildirilib. Qeyd olunub ki, gələn aydan ərazidə futbol yarışları keçiriləcək. Ərzaini əhatəyə alan lentlər də stadionda salınacaq qazonlarla bağlıdır.

Daha ətraflı süjetdə:
 

 

12:43 - 23 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin