Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - VİDEO

 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - VİDEO
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilir. Asayis.Az bununla bağlı görüntüləri təqdim edir:

***
10:27

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. 
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.
Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.

 

 

13:59 - 26 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin